Düşmənin məhv edilən tabor komandiri bir çox təxribatların təşkilatçısı olub – FOTO

Baxılıb:286
Düşmənin məhv edilən tabor komandiri bir çox təxribatların təşkilatçısı olub – FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri, polkovnik-leytenant Lernik Babayan məhv edilib. Onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti ağır itkilərə məruz qalıb.

Azvision.az xəbər verir ki, Lernik Balayan işğalçı ordunun əsas aparıcı qüvvələrindən biri hesab olunurdu. O, Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirilən bir çox təxribatların təşkilatçısı olub.

28 avqust 2013-cü il tarixində Tavuş vilayətinin Berd şəhərində tabeliyində olan əsgərlərlə birlikdə minaya düşərək ağır yaralanıb. Sağaldıqdan sonra yenidən “xidmətə” qayıdan Babayan 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.

Məlumata görə, Babayan 1991-ci ildə Qarabağ döyüşlərində işğalçılardan ibarət dəstələrin birinə rəhbərlik edib və onlarla mülki Azərbaycan vətəndaşlarının amansızlıqla qətlə yetirilməsində birbaşa rolu olub. Müsahibələrində azərbaycanlıların öldürülməsindən fəxrlə danışan işğalçı komandirlə bağlı sənədli filmlər çəkilib və o, bir çox mükafatlarla təltif edilib.


Abunəlik