Dünyanın “QIZIL GÜCLƏRİ” – Ən böyük sərvətə onlar sahibdirlər

Baxılıb:26
Dünyanın “QIZIL GÜCLƏRİ” – Ən böyük sərvətə onlar sahibdirlər

Ən çox qızıl ehtiyatına malik ölkələrin reytinqi açıqlanıb.

ABŞ qızıl ehtiyatlarının həcminə görə lider ölkə olaraq qalır, ondan sonra Almaniya, İtaliya və Fransa gəlir.

RBC ən böyük qızıl ehtiyatlarına malik ölkələrin siyahısını təqdim edib .

ABŞ 8133,46 ton ehtiyatla lider olaraq qalır. İkinci yerdə 3351,53 tonla Avropanın ən böyük qızıl sahibi Almaniyadır. İtaliya və Fransa müvafiq olaraq 2451,84 və 2437 tonla üçüncü və dördüncü yerləri bölüşürlər. Beşinci yerdə olan Rusiya 2335,9 ton qızıla sahibdir.

Altıncı yerdə 2279,56 ton ehtiyatla Çin, yeddinci yerdə İsveçrə (1039,94 ton), 8-ci yerdə Hindistan (876,18 ton) gəlir. İlk onluğu Yaponiya (845,97 ton) və Hollandiya (612,45 ton) tamamlayır.

Xatırladaq ki, martın 15-də qızılın qiymətinin tarixdə ilk dəfə bir unsiya üçün üç min dolları ötdüyü bildirilib.


Abunəlik