Dünyanın ilk kosmik əsaslı elektrik şəbəkəsi yaradılır
ABŞ-da yerləşən bir şirkət dünyanın ilk kosmosa əsaslanan elektrik şəbəkəsini qurmağa hazırlaşır.
Floridada yerləşən “Star Catcher” startapı kosmosda topladığı enerjini digər kosmik gəmilərə göndərməyi hədəfləyir.
Hava kimi maneələr olmadan kosmosda Günəşdən daha çox enerji toplana bildiyi üçün bu enerjinin yerə göndərilməsi yolunda səylər artır. Keçən il kosmosdan toplanan enerji ilk dəfə Yerə göndərilib.
Şirkət kosmik gəminin birbaşa Günəşdən əldə etdikləri enerjidən 5-10 dəfə çox enerji istehsal edəcəyini iddia edir. Şəbəkədəki bir peykin eyni anda birdən çox vasitəyə enerji göndərməsi gözlənilir. Şirkət 2025-ci ilin dekabrında sınaq məqsədi ilə ilk peyki buraxmağı hədəfləyir və məqsədi 200 peykə çatmaqdır.