Dünyanın ən kasıb 10 ölkəsi-FOTO,FAKT

Baxılıb:1998
Dünyanın ən kasıb 10 ölkəsi-FOTO,FAKT

Qərbi Afrika ölkəsi olan Yeni Qvineyada adam başına düşən gəlir 550 dollardır. 1958-ci ilə qədər Fransa müstəmləkəsi olan Qvineyanın çox zəngin almaz və qızıl yataqları var. Lakin bunları əhalinin rifahı üçün xərcləmirlər. 11 milyon əhalisi olan ölkədə aclıq və səfalət baş alıb gedir.


Afrikanın şərqində yer alan Efiopiya 88 milyon əhalisi ilə dünyanın ən kasıb ölkələri sırasında yer alır. Burada da adam başına düşən gəlir 550 dollardır. Müqayisə etmək istəyirsinizsə qeyd edək ki, ABŞ-da adam başına düşən gəlir 53000 dollardır.
Qambia Afrikanın ən kiçik ölkəsidir. Adam başına düşən gəlir 488 dollardır. Şirin su qaynaqları həddən ziyadə azdır. Aclıq burada da ölüm səbəbidir.


Afrikanın ən böyük ikinci ölkəsi olan Konqo Demokratik Respublikası dünyanın yeddinci ən böyük kasıb dövlətidir. Olduqca zəngin qaynaqları olmasına baxmayaraq bütün resurslar xarici şirkətlərin əlində olduğu üçün  bu qənimətlərdən yararlana bilmirlər.Adam başına düşən gəlir 490 dollardır. Yuxarıda sayılan problemlərdən əlavə ölkədə vətəndaş müharibəsi tüğyan edir. Bu da daxili qarşıdurmalar nəticəsində ölümlərə və dağıntılara səbəb olur. Bizim üçün bəsid gələn xəstəliklər Konqoda insan tələfatına səbəb olur.


Ada ölkəsi olan Madakaskarın əhalisi 22 milyondur. Maddi təminatlarının əsasını balıqçılıq, əkinçilik və turizm təşkil edir. Adam başına düşən gəlir 450 dollarıdır. Burda təhsil və səhiyyə standartların çox altındadır.
Liberiya keçmişdə yaşadığı vətəndaş müharibəsi və qonşu dövlətlərlə çaxnasmalardan sonra çox böhran yaşadı. Bir liberiyalının gün ərzində xərclədiyi pul 80 sentdən azdır.Ebola və QİÇS kimi xəstəliklər ölkə əhalisinin tələfatına səbəb olan əsas bəladır.


Dünyanın kasıb ölkələri sırasında qərarlaşan, əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi Nigeriyanın 20 milyon əhalisi var.Adam başına düşən gəlir 400 dollardan belə aşağıdır. Ölkənin su şəbəkəsi və kanalizasiya sistemi yoxdur. Təhsil və səhiyyə çökmüş vəziyyətdədir. İqlim şərtlərinə söykənən quraqlıq aclıq və qıtlığa səbəb olur. Ölkə yetəri qədər təbii  sərvətlərə sahib olsada vətəndaş qarşıdurması səbəbindən  bu nemətlərdən yararlana bilmirlər.


Mərkəzi Afrika Respublikası başda uranium olmaqla bir çox sərvətə malik olsa da siyasi qarşıdurma üzündən mədənləri işlədə bilmir. Ölkədə xristian və müsəlman əhali arasındakı qarşıdurma nəticəsində il ərzində yüzlərlə insan ölür. Tibb sahəsinin iflic vəziyyətdə olması uşaq ölümlərinin pik həddə çatmasına səbəb olur. Qarşıdurmalar əhalinin başqa ölkələrə axını ilə nəticələnib.


Kasıb ölkələrdən biri də Brendidir. Əhalisinin sayı 10 milyon olan ölkə vətəndaşlarının əksəriyyəti işsizdir. Ölkədə siyasi sistem olmadığından vətəndaş müharibəsi hökm sürür. Adam başına düşən gəlir 250 dollardan da azdır. Ən böyük problem açıqdır. Tibbi sistemin olmaması, daxili çəkişmələr və xəstəliklər üzündən ortalama yaşama 50-55  yaşa qədərdir.
Malavi Afrikadakı ən kiçik ölkələrdən biridir. 16 milyon əhalisi olan ölkədə adam başına düşən gəlir 200 dollardan aşağıdır. Dünyada uşaq ölümlərinin ən çox olduğu ölkə kimi rekordu qoruyan ölkədə içməli su ən əsas problemdir. Səhiyyə və təhsil demək olar ki, yoxdur.

Pərvin ABIŞOVA /AzTimes.az/


Abunəlik