Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Baxılıb:144
Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Dünyanın ən çox qazanan futbolçularının adları müəyyənləşib.

Aztimes.az  xəbər verir ki, Apasport.az saytının məlumatına görə, Britaniya “Radio Times”i ilk “10-luq”da qərarlaşan oyunçuları araşdırıb.

Hesablama oyunçuların maaşına əsasən aparılıb. Cədvələ PSJ-nin iki futbolçusu başçılıq edir. Lionel Messi həftəlik 960 min funt sterlinq məvaciblə zirvədə qərarlaşırsa, onu komanda yoldaşı Neymar izləyir. İlk “üçlüy”ü vaxtilə bu cütlüklə “Barselona”da çiyin-çiyinə çıxış edən Luis Suares qapayır.

1. Lionel Messi (PSJ) – 960 min funt sterlinq

2. Neymar (PSJ) – 606 min

3. Luis Suares (“Atletiko”) – 575 min

4. Qaret Beyl (“Real”) – 500 min

5. Kilian Mbappe (PSJ) – 410 min

6-7. Kriştiano Ronaldo (“Mançester Yunayted”) – 385 min
Kevin De Bruyne (“Mançester Siti”) – 385 min

8. David De Xea (“Mançester Yunayted”) – 375 min

9. Antuan Qrizmann (“Atletiko”: “Barselona”da icarədədir) – 356 min

10. Robert Levandovski (“Bavariya”) – 350 min


Abunəlik