Dünyamızın YENİ BÖYÜK PROBLEMİ: hər dörd nəfərdən biri UNO-ları görüb
London Kral Kollecinin britaniyalı alimləri belə qənaətə gəliblər ki, insanların yadplanetlilərə inamı və onların Yerə səfərləri zərərsiz ekssentriklik olmaqdan çıxıb və ictimai problemə çevrilib.
Tədqiqat “Proceedings of the International Astronomical Union” (PIAU) elmi jurnalında dərc olunub.
Təhlil göstərib ki, təkcə ABŞ- da UNO-ların varlığına inananların nisbəti 1996-cı ildən 2022-ci ilə qədər 20%-dən 34%-ə yüksəlib. Demək olar ki, hər dörd amerikalıdan biri (24%) UNO-ları öz gözləri ilə gördüklərini deyir.
Tədqiqatçıların fikrincə, planetimizdə yadplanetlilərin gizli fəaliyyətləri ilə bağlı geniş yayılmış inanclar müxtəlif sui-qəsd nəzəriyyələrini gücləndirir və ümumilikdə dövlət qurumlarına ictimai inamı azaldır. Uzunmüddətli perspektivdə bu, 2021-ci ilin yanvarında keçmiş ABŞ prezidenti Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə hücuma bənzər böhranların təkrarlanmasına səbəb ola bilər .
Mütəxəssislər vurğulayıblar ki, UNO-lar ətrafında yaranan hay-küy diqqəti mikroblar da daxil olmaqla, yerdənkənar həyatın bütün formalarını axtaran astrobiologiya elmindən yayındırır.
Hesabat müəllifləri psevdo-elmi nəzəriyyələrə və sui-qəsd nəzəriyyəçilərinə can atmaqdansa, astrobiologiya sahəsində real elmi kəşflərə diqqət yetirməyi tövsiyə edirlər.