Dünyada son sutkada koronavirusa 808 mindən çox yoluxma qeydə alınıb

Baxılıb:126
Dünyada son sutkada koronavirusa 808 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 808 563 nəfər koronavirusa yoluxub, 12 870 nəfər ölüb. 

Aztimes.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 151 803 822 yoluxma hadisəsi, 3 186 538 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 48 faizi Cənub-Şərqi Asiyanın (408 382) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (208 359) ilə Avropa (129 182)  bölüşür.


Abunəlik