Dünyada son sutkada koronavirusa 656 mindən çox yoluxma qeydə alınıb

Baxılıb:133
Dünyada son sutkada koronavirusa 656 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 656 406nəfər koronavirusa yoluxub, 10 503 nəfər ölüb. 

Aztimes.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 141 754 944 yoluxma hadisəsi, 3 025 835 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Cənub-Şərqi Asiyanın (271 611) payına düşür. Digər yerləri isə Avropa (160 421) ilə Şimali və Cənubi Amerika (147 852) bölüşür.


Abunəlik