Dünyada ərzaq bahalaşır
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına görə, 2025-ci il aprel ayında ümumdünya ərzaq qiymətlərinin ümumi göstəricisi mart ayı ilə müqayisədə 1% artıb.
FAO Ərzaq Qiymətləri İndeksinin (ƏQİ) orta dəyəri 128.3 bal olub, bu da əvvəlki aya nisbətən 1.2 bal yüksəkdir.
Şəkər və bitki yağları üzrə qiymət indekslərinin azalmasına baxmayaraq, ƏQİ-nin ümumi artımı dənli məhsullar, süd məhsulları və ət qiymətlərinin yüksəlməsi ilə əlaqədardır.
Dünya üzrə ət qiymətləri əhəmiyyətli artım göstərib. Aprel ayında müvafiq indeks 3.7 bal (3.2%) artaraq 121.6 bal olub.
Qeyd edək ki, FAO Ərzaq Qiymətləri İndeksi ərzaq məhsulları səbətinə daxil olan beynəlxalq qiymətlərin aylıq dəyişikliyini göstərən göstəricidir. O 5 məhsul qrupu üzrə qiymət indekslərinin orta dəyərlərini əhatə edir: Dənli məhsullar, bitki yağları, süd məhsulları, ət və şəkər.