Dünya teatr gününü qeyd edir.

Baxılıb:1025
Dünya teatr gününü qeyd edir.

AzTimes.az xəbər verir ki, bu gün dünyanın əksər ölkələrində teatr günü kimi qeyd olunur.

Teatrın vətəni qədim Yunanıstandır. Bu söz də yunan sözüdür, “tamaşa yeri” mənasını verir.incəsənətin bir növü olub, hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrupaktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.Image result for Qədim yunanıstanda teatr Yunanıstanda qədim zamanlarda şərabçılıq ilahı (yəni allahı) Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin küçələrində təntənəli gəzintilər təşkil edir, Dionis haqqında əfsanələrdən bütöv səhnələr oynayırdılar. Related imageƏvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilərdi. Tamaşaçılar isə yamacda yer tutub otururdular. Təpənin ətəyində yunanca “skena” adlanan çadır qurulurdu. Burada aktyorlar paltarlarını dəyişirdilər. Sonralar çadır əvəzinə kiçik bina tikdilər. Tamaşa vaxtı burada dekorasiyalar asırdılar. Binanın qarşısında aktyorların və xorun çıxış etməsi üçün meydança – orkestra düzəldirdilər. Beləliklə, e.ə. V əsrdə Yunanıstanda teatr binaları tikməyə başladılar.
Qədim yunanlar teatrı çox sevir, onu “böyüklər üçün məktəb” adlandırırdılar. Tamaşalar yarış səciyyəsi daşıyırdı. Aktyorlar tamaşanın məzmununa uyğun maskalar taxırdılar. Parlaq rəngli maskaları ən arxa cərgələrdə belə oturanlar yaxşı görürdülər. Aktyorlar səhnədə hündür görünməkdən ötrü qalın altlığı olan xüsusi ayaqqabılar geyirdilər. Qadın rollarını da kişilər oynayırdılar. Hər il iki-üç teatr tamaşası göstərilir və hər tamaşa üç gün səhərdən axşamadək davam edirdi.
Qədim yunan əfsanələri teatra olduqca zəngin mövzu verirdi. Əfsanələr əsasında tragediyalar adlanan pyeslər yaranırdı. “Tragediya” sözü yunanca “keçilər mahnısı” deməkdir. Tragediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, faciəsi, çox vaxt isə ölmələri təsvir olunurdu. İlk tragediyaları “faciənin atası” adlandırılan Esxil yazmışdır. Esxillə bir dövrdə yaşamış digər faciə ustası olan Sofokl “Antiqona” tragediyasının müəllifdir.Image result for sofokl
Gülməli səhnəciklərdən şən və məzəli pyeslər – komediyalar yarandı. “Komediya” yunan sözü olub, “şən sakinlərin mahnısı” mənasını verir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya tamaşaçıların rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verirdi. Onlar çələnglə və qiymətli hədiyyələrlə mükafatlandırılırdılar. Pyes müəllifləri son dərəcə böyük hörmətə malik idilər. Afina teatrında Esxilə və Sofokla heykəl qoymuşdular. Onları “müdriklik dahiləri” adlandırırdılar. Aristofan teatrın rolunu belə qiymətləndirirdi: “Müəllimlər oğlanlara ağıl öyrətdikləri kimi, şairlər də böyükləri tərbiyə edirlər”.
Teatr sonralar qədim Romada, Şərq ölkələrində – Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq YUNESKO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşdi.

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyuldu. Tarix fərqli olsa belə AzTimes.az saytı olaraq teatr sahəsində çalışan bütün incəsənət xadimlərini və işçilərini təbrik edirik.

Pərvin Abışova


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir