Dünya müharibəsi xəbərdarlığı: Bu 7 ölkə Ukraynanın NATO üzvlüyünə qarşı çıxdı

Baxılıb:39
Dünya müharibəsi xəbərdarlığı: Bu 7 ölkə Ukraynanın NATO üzvlüyünə qarşı çıxdı

NATO üzvü olan yeddi ölkə Ukraynanın alyansa dəvət edilməsinin əleyhinədir.

Bu barədə “Politico” Vaşinqtondakı və hərbi-siyasi blokdakı mənbələrə istinadən yazır.

Nəşrin mənbələri bildirir ki, AlmaniyaABŞ Zelenskinin ölkəni dərhal NATO-ya üzv olmaq çağırışına cavab verməyə gecikən ən böyük dövlətlər sırasındadır. Orada Rusiya ilə müharibəyə cəlb olunmaqdan qorxurlar.

MacarıstanSlovakiya da müqavimət göstərir. Onların hazırkı liderləri ümumiyyətlə Kremlpərəst mövqe tutur. Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Ukraynanı silahlandırmaq üçün ayrılan vəsaitlərini bloklayıb və Kiyevə yardım göstərmək üçün NATO proqramından çıxıb. Öz növbəsində, Slovakiya prezidenti Robert Fitso bu ayın əvvəlində Ukraynanın NATO-ya daxil olmasının “üçüncü dünya müharibəsi üçün əsas təkan olacağını” xəbərdar edib və bununla “heç vaxt razılaşmayacağını” deyib.

NATO rəsmilərindən biri nəşrə bildirib ki, Belçika, Sloveniyaİspaniya da Ukraynanı bloka dəvət etməyin əleyhinədir. Bununla belə, onlar “ABŞ və Almaniyanın arxasında gizlənirlər”.

Mənbə bildirib ki, bu ölkələr “mücərrəd şəkildə bu ideyanı dəstəkləyir, amma reallaşmağa yaxınlaşan kimi” daha çox açıq şəkildə ona qarşı çıxmağa başlayacaqlar. Bu, onları, məsələn, Ukraynanı NATO-ya dəvət etmək fikrinə çox həvəsli olan Baltikyanı ölkələr və Polşa ilə ziddiyyət təşkil edir.


Abunəlik