Dünya heyrətdə: Tramp onu Moskvaya Qələbə Paradına göndərir?
ABŞ dövlət katibi Marko Rubionun mayın 9-da Moskvaya Qələbə Paradına gələ biləcəyi ilə bağlı iddia irəli srülüb.
Bu barədə “Zvezda” telekanalı məlumat yayıb.
“ABŞ nümayəndəsi mayın 9-da keçiriləcək Qələbə Paradında qonaq ola bilər”, – telekanalın saytı diplomatik dairələrdəki mənbəyə istinadən yazır.
“Bu nümayəndənin ABŞ-ın dövlət katibi Marko Rubio ola biləcəyi güman edilir”, – mənbə bildirib.
Mayın 9-da yaxın və uzaq xaricdən iyirmiyə yaxın liderin və yüksək səviyyəli nümayəndələrin Moskvaya səfər edəcəyi əvvəlcədən xəbər verilmişdi.
Hələlik Marko Rubionun Moskvaya səfəri ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentindən heç bir rəsmi təsdiq gəlməyib.