Dünya dövlətlərindən vətəndaşlarına Rusiya xəbərdarlığı – “48 saat ərzində…”

Baxılıb:91
Dünya dövlətlərindən vətəndaşlarına Rusiya xəbərdarlığı – “48 saat ərzində…”

ABŞ-nin və Böyük Britaniyanın Rusiyada terror təhlükəsi ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlığından sonra bir sıra başqa dövlətlər də analoji addım atıblar.

Almaniya, Latviya, Kanada, İsveç və Cənubi Koreya da Rusiya paytaxtında terror təhlükəsinin yüksək səviyyədə olması ilə bağlı xəbərdarlıq edib. Dünya ölkələri öz vətəndaşlarını Rusiyaya səfərlərdən çəkinməyə çağırıb. Rusiyada olanlara isə bu ölkəni tərk etmək tövsiyyə olunub.

Bu barədə məlumat adı çəkilən ölkələrin xarici işlər nazirliklərinin və səfirliklərinin saytlarında yer alıb.

Xatırladaq ki, Amerika və Böyük Britaniya səfirlikləri öz vətəndaşlarına yaxın 48 saat ərzində Moskvada mümkün terror təhlükəsi barədə xəbərdarlıq edib. Diplomatik idarələr öz saytlarında ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, böyük toplantılara hücum edə biləcəyini yazıblar. Buna görə də amerikalılara növbəti 48 saat ərzində Moskvada insanların sıx olduğu yerlərdən uzaq durmaq tövsiyə olunub.


Abunəlik