Dünya cempionu həmkarlarına səsləndi :- “Mənə kömək edin”
Səmədova Aytacın iyirmi yaşı var. Gəncə şəhərində anadan olub. Ailəsi 1992-ci ildə Xocalıdan məcburi köçkün düşüb. Gəncə dövlt Universitetinin xarici dillər fakültəsinin ikinci kurs tələbəsidir. O, 2015-ci ildə ABŞ-n Kaliforniya ştatının Los-ancles şəhərində Ümumdünya Xüsusi Yay Olimpia oyunlarında paralifting idman növü üzrə dünya ikincisi, 2019-cu ildə həm Azrbaycan, həm də dünya birincisi olub. Xüsusi olimpia oyunları dedikdə fiziki məhdudiyyətli gənclərin həvəsləndirici yarışı nəzərdə tutulur. O uşaqlıqdan skalyoz- onurğanın sağa, və ya sola doğru əyriliyi xəstəliyindən əziyyət çəkir. Artıq vəziyyət o qədər ağırlaşıb ki, Aytac sentyabra kimi əməliyyat olunmalıdır. Mütəmadi müalicələrə pul xərcləyən ailə artıq bu çətinliyin öhdəsindən gələ bilmir. Ailənin bu əməliyyatı qarşılamağa büdcəsi imkan vermir.
Gəlin bu qızımızın xəyallarını yandırmayaq. O, ailəsinə və Azərbaycana lazımdır-Bayrağımızı daha yüksəklərə qaldırmaq üçün…
Aytaca dəstək üçün Kapital Bankda xüsusi hesab açılıb.
MİLLİ ÖN VASİTƏSİLƏ ÖSƏNİŞLƏRİN HƏYATA KEÇİRİLMƏSİ BANK XİDMƏTLƏRİNİ SEÇİRİK,KAPİTAL BANK SEÇİRİK:SƏMƏDOVA AYTAC RİZVAN QIZI.HESAB NÖMRƏSİ:4169741375201744
Pərvi Abışova /AzTimes.az/