Dünən təxirə salındı, bu gün Tehran bəyan etdi: “Üçlük”lə görüşə hazırıq

Baxılıb:19
Dünən təxirə salındı, bu gün Tehran bəyan etdi: “Üçlük”lə görüşə hazırıq

İran, əvvəllər planlaşdırılan danışıqların təxirə salınmasına baxmayaraq, “Üçlük”lə (Böyük Britaniya, Almaniya və Fransa) ilə nüvə proqramı ilə bağlı görüş keçirməyə hazır olduğunu bildirib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

Onun sözlərinə görə, Romada görüş mayın 2-də baş tutmalı idi, lakin tərəflərin qarşılıqlı razılığı ilə təxirə salınıb.

Bəqayi mətbuat konfransında deyib: “Biz dialoqa hazırıq, sadəcə olaraq yeni tarix barədə razılığa gəlməliyik”.

Bundan əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi logistik çətinliklər səbəbindən İran və ABŞ arasında mayın 3-nə planlaşdırılan danışıqlar raundunun təxirə salındığını açıqlamışdı. Yeni tarix hələ müəyyən edilməyib. Bunun ardınca Fransanın xarici işlər naziri Jan-Noel Barrot İran və Aİ-3 arasında eyni həftəyə planlaşdırılan görüşün də ləğv edildiyini açıqlamışdı.


Abunəlik