Dünən gecə Yerevanda nələr baş verib-Azərbaycana qarayaxma planını mətbuatımız belə tənəzzülə uğratdı/VİDEO

Baxılıb:541
Dünən gecə Yerevanda nələr baş verib-Azərbaycana qarayaxma planını mətbuatımız belə tənəzzülə uğratdı/VİDEO

Ötən gecə Ermənistanın paytaxtı Yerevanda güclü panika hökm sürüb. Şəhər üzərində Hava Hücumundan Müdafiə qüvvələrinin naməlum hədəfləri məhv etdiyini əks etdirən videolar yayılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib ki, ölkə üzərində 4 Pilotsuz Uçan Aparat (PUA) aşkar edilib və onlardan 3-ü Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən Yerevanda, Kotayk və Qeqarkunik vilayətlərində məhv edilib.
Az müddət sonra isə, Ermənistanın Abovyan şəhərində 2 yanan, sonra isə partlayan uçuş aparatı kameralara düşüb. Ermənistan Müdafiə Nazirliyindən Paşinyanın açıqlamasını yalanlayarcasına bildiriblər ki, gün ərzində 7 PUA məhv edilib. Videogörüntulərin vətəndaşlar və KİV tərəfindən ictimailəsdirilməsi Ermənistanın qarayaxma kampaniyasını tənəzzülə uğradıb. Belə ki, bir neçə qeyri-rəsmi mənbə PUA-ların Azərbaycana məxsus olmasını yazsa da bu rəsmi şəkildə təstiqini tapmayıb.Rəsmi şəkildə PUA-ları kimə məxsus olması barədə məlumat verilməyib. Təlim olma ehtimallarını isə Ermənistan MN öz addımı ilə təsdiqləyib.
Belə ki, erməni KİV-ləri və bloqerləri Müdafiə Nazirliyinin tələbi ilə videoları səhifələrindən pozub və məsələnin məxvi saxlanılması tapşırılıb. Amma Azərbaycan KİV cəld hərəkət edərək videoları götürə bilib. AzTimes.az olaraq həmin videoları əldə edərək sizinlə paylaşırıq:

Pərvin Abışova /AzTimes.az/


Abunəlik