DTX-dan müdhiş gecə əməliyyatı-5 nəfər tanınmış şəxs həbs edildi

Baxılıb:722
DTX-dan müdhiş gecə əməliyyatı-5 nəfər tanınmış şəxs həbs edildi

Dövlət Təhlükəsizliyi Xidməti bu gecə 5 nəfəri həbs edib.

AzTimes.az-ın əldə etdiyi məlumata görə, Hacı İlqar İbrahimoğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Daha sonra “Maide.az” saytının baş redaktoru Təmkin Cəfərov saxlanılıb.  Aldığımız son məlumata görə, daha 3 nəfər Hizbullahçı həbs olunub. Ümumilikdə 5 nəfər saxlanılıb:  İlqar İbrahimoğlu, Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov Jurnalist-Təmkin Cəfərov.

Mənbələr bildirirlər ki, hazırda Azərbaycanın xüsusi xidmət orqanları Sumqayıt, Quba, Dəvəçi və Masallı şəhərlərində təmizləmə işləri aparır.

Əlavə məlumat veriləcək.


Abunəlik