DSMF -sədri Himalay Məmişov DSMF- nin İmişli rayon şöbəsinin əməkdaşını hansı müsbət işinə görə müdafiə edir, vətəndaşı aldatdığına görəmi?

Baxılıb:1703
DSMF -sədri Himalay Məmişov DSMF- nin İmişli rayon şöbəsinin əməkdaşını hansı müsbət işinə görə müdafiə edir, vətəndaşı aldatdığına görəmi?

Prezidentin aprel seçkilərindən sonra formalaşdırdığı yeni kabinetdə Səlim Müslümovun yer almaması əslində çoxdan gözlənilən idi. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi sistemində rüşvətin yaradıcısı olan Füzuli Ələkbərovun Səlim Müslümovla əvəzlənməsi ölkə vətəndaşlarında bu qurumda kardinal olmasa belə, müəyyən qədər şəffaflığın olacağı qənaətini yaratmışdı. Lakin qısa müddət sonra Səlim Müslümovun idarəçilik prinsipi də Füzuli Ələkbərovun sisteminə uyğunlaşdırıldı. Belə ki, uzun illər Füzuli Ələkbərovun kadrlarının yaratdığı rüşvət sisteminin Səlim Müslümov tərəfindən də davam etdirilməsi bütün ümidləri söndürdü. Bu quruma müraciət edənlər yenə də amansızlıqla qarşılanır, istəyinə nail olan nazirlik əməkdaşı – yəni “6+6” prinsipinə vətəndaşı razı saldıqdan sonra onu necə lazımdır “yola salır”.  Xatırladaq ki, Sahil Babayev yeni kabinetdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olundu.Yenə də vətəndaş ümidli idi. Lakin… . Xatırladaq ki, bir neçə gün öncə DSMF İmişli rayon şöbəsinə rəhbərlik edən Rafael Məmmədovun Qeyrət adlı işçisi İmlşli rayonunun Qaralar kənd sakini Valeh Mehtiyevdən 1500 manat rüşvət alaraq onun həyat yoldaşı Mehtiyeva Zəristan Cavanşir qızının pensiyasını artıracağına söz versə də1- ildən artığdır ki, Valeh kişini get- gələ salıb. Redaksiyamıza telefon açan Valeh Mehtiyev bildirdi ki, dəfələrlə Qeyrətə zəng vursam da Qeyrət pulu qaytarmır və mənə hədə- qorxu gəlir, və bildirir ki,hara şikayət edirsən et,bu məsələdən DSMF-nin sədri H.Məmişov  da xəbərdardır. Qeyrətin belə rahatlıqla danışmasından bu qənaətə gəlmək olur ki, Qeyrət doğru deyir.

AzTimes.az informasiya portalında məqalə belə dərc olunsa da  da, bu şəxsə gözün üstə qaşın var deyən olmadı. Maraqlıdır Himalay Məmişov hansı xüsusiyyətlərinə görə Qeyrəti müdafiə edir?? 
 Və sonda Sahil Babayevin və Himalay Məmişovun diqqətinə Ülu öndər mərhum Prezidentimiz daima qəlblərdə yaşyan Heydər Əliyevin söylədiyi bu misraları xatırlamalarını töfsiyyə edərdik. 
Dövlət iki şeydən sarsıla bilər:Cinayətkar cəzasız qalanda və günahsıza cəza veriləndə…
Mövzuya qayıdacağıq.Redaksiya yazıda adı çəkilən təşkilat və şəxslərində münasibətlərini dərc edə bilər.//oxuinfo.az


Abunəlik