Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən açıqlama- “Əsassız və uydurmadır”

Baxılıb:248
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən açıqlama- “Əsassız və uydurmadır”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Göyçay rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı AzTimes.az saytına açıqlama verib.Açıqlamada deyilir:

“Bəzi sosial şəbəkə səhifələrində və saytlarda Göyçay rayon sakini, 1973-cü il təvəllüdlü Nəsirov Müğdət Rasul oğlunun intiharının guya əlillik dərəcəsi ala bilməməsi ilə əlaqələndirilməsi əsassız və uydurmadır. Bu, həmçinin hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılan hadisə ilə bağlı məsuliyyətsiz davranışdır.
Müğdət Nəsirovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı ümumilikdə son aylarda tibbi-sosial ekspertiza xidmətinə heç bir müraciət, göndəriş daxil olmayıb. Onunla bağlı sonuncu dəfə göndəriş 5 ay bundan əvvəl, 2020-ci ilin noyabrında daxil olub.
Həmin göndərişdə də onun son 27 ildə yalnız iki dəfə – 1994 və 2018-ci illərdə stasionar (7-9 gün) müalicə olunduğu qeyd edilib. Diaqnoz məlumatları ona əlillik təyinatına əsas yaratmayıb və əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilib.


Abunəlik