Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev düşmənlə təmas xəttinə gedib.
AzTimes.az xbər verir ki, DSX-nin Mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozması və döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramovun yaralanmasından sonra DSX rəisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gedib.
DSX rəisi sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.