Dövlət qulluğundan 1 bal ilə kəsilənlərə ŞAD XƏBƏR
Bu ilin avqust ayında dövlət qulluğuna qəbul imtahanında bəzi sualların səhv olması iştirakçıların narazılığına səbəb olmuşdu.
Baku TV məsələni işıqlandırdıqdan sonra problem həllini tapmışdı.
Bu dəfə isə 1 balla imtahandan keçə bilməyən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin qarşısında etirazını bildirib.
Onların iddiasına görə, imtahanda bir sualın iki düzgün cavabı olub.
Yaranan növbəti problem də elə Baku TV-nin çəkilişi zamanı həll olunub.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ekspertlər arasında fikir ayrılığı yarandığından məsələyə yenidən baxılıb və nəticələr imtahan iştirakçılarının xeyrinə həll edilib. Beləliklə, 1 balla kəsilən şəxslər imtahandan keçdilər.
Dövlət İmtahan Mərkəzindən o da qeyd olunub ki, namizədlərin nəticələrinə edilən müvafiq dəyişikliklər qurumun rəsmi saytına yerləşdiriləcək.