Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılacaq dotasiyanın məbləği artırılır

Baxılıb:177
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılacaq dotasiyanın məbləği artırılır

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği artacaq.
 Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
İkinci oxunuşla müqayisədə üçüncü oxunuşda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılır.
Qeyd edək ki, ikinci oxunuş üçün 2023-cü ilin dövlət büdcəsinin layihəsində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasını büdcəsinə nəzərdə tutulmuş dotasiya ilə bağlı dəyişikliklər edilmişdi. 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiyanın 31,1 mln manat azaldılması, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində öz gəlirlərinin 20 milyon manat artırılması nəzərdə tutulmuşdu.


Abunəlik