Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi faciəli şəkildə dünyasını dəyişib.
Bu haqda ADPU-nun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Əmirova Gülnar Sabir qızının avtomobil qəzasında həlak olduğu bildirilir.
