Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda

Baxılıb:103
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda

Türkiyədə dollar yeni həftəyə enişlə başlayıb. Dollar 32,29 TL-dən başlayarkən, avro 34,77 TL-dən başlayıb. Bu həftə bütün gözlər TCMB sədri Fatih Karahan tərəfindən açıqlanacaq 2024-cü ilin ikinci inflyasiya hesabatında olacaq.

Dollar/TL məzənnəsi pik həddinə 32,68 TL-yə çatdıqdan sonra ucuzlaşmağa başlayıb. Türk lirəsi aprelin 21-dən etibarən dollar qarşısında 1,16 faiz dəyər qazanıb.

Ruzigar türk lirəsinin xeyrinə əsir. “City”nin ötən həftə dərc etdiyi hesabatda Türkiyənin sərmayə axını cəlb edəcəyi bildirilib.

S&P tərəfindən edilən qiymətləndirmədə bildirilir ki, Türkiyədə yerli seçkilərdən sonra xarici tarazlığın təsiri ilə pul, fiskal və gəlir siyasətləri arasındakı koordinasiya yaxşılaşacaq. Portfel daxilolmalarının artacağı, cari hesab kəsirlərinin daralacağı, yaxın 2 ildə inflyasiyanın və dollarlaşmanın azalacağı proqnozlaşdırılır.

Xəzinə və maliyyə naziri Mehmet Şimşək həyata keçirilən iqtisadi proqramın nəticələrinin kredit reytinqlərində əks olunduğunu diqqətə çatdırıb:

“S&P, “Fitch” və “Moody’s”in müsbət reytinq proqnozları reytinqin yüsəlişinin davam edəcəyini xəbər verir. Biz reytinqi yüksəltməkdə qərarlıyıq. Gücləndirməyə və həyata keçirməyə davam etdiyimiz proqramımızla ölkəmizə olan inamı ən yüksək səviyyəyə çatdırırıq”.


Abunəlik