Dişlərini duzəltdirmək üçün icra hakimiyyətindən 20 min pul istədi

Baxılıb:298
Dişlərini duzəltdirmək üçün icra hakimiyyətindən 20 min pul istədi

Gəncədə erməni terroru nəticəsində xəsarət alan və evləri uçan ailənin köməyə ehtiyacı var.

AzTimes.az  BAKU.TV-yə istinadən xəbər verir ki, şəhərin Əziz Əliyev küçəsində yaşayan Tapdıq Abdullayev və həyat yoldaşı Vüsalə Əliyeva iddia edir ki, sağlamlıqlarında ciddi problemlər var.

Onlar dağılmış evlərini də təmir edə bilmədiklərindən şikayətləniblər.

Gəncə Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı BAKU.TV-yə bildirilib ki, vətəndaş T.Abdullayevi və V.Əliyevanı icra başçısı qəbul edərək dinləyib. İcra başçısı onların Gəncə şəhərində yerləşən xəstəxanaya göndərilməsini təklif etsə də, ailə Bakıda özəl tibb müəssisələrinin birində müayinə olmaq istədiklərini bildirib.

Ailəyə ev üçün maddi yardım edilib, istəkləri təmin olunub. Daha sonra vətəndaş T.Abdullayev şəhər icra hakimiyyətinə zəng edərək diş implantasiyası üçün əlavə 20 min manata ehtiyac olduğunu bildirib. Cavab olaraq bildirilib ki, bu vəsaitin ödənilməsi İcra hakimiyyətinin imkanları xaricindədir.


Abunəlik