DİQQƏT: TƏBİB vacib məlumat yaydı-Sabahdan etibarən…
25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.
AzTimes.az Panoram.az-a istinadla xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.
27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək: “Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.