DİQQƏT!!! Şəmkirdə itkin düşən şəxs axtarılır

Baxılıb:164
DİQQƏT!!! Şəmkirdə  itkin düşən şəxs axtarılır

         

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı  il təvəllüdlü Məhəmməd Vəliyev iyul ayının 17-də  yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

M. Vəliyevin  əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02  şəhər və (070) 306-45-46  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.


Abunəlik