DİQQƏT: Gecə yuxudan eyni saatlarda oyanırsınızsa bu problemlərə işarədir
Gecə yuxusu zamanı orqanizmdə çox ciddi proseslər gedir – orqanizm özünü bərpa edir, yeniləyir, təmizləyir.
Əgər insan gecə yuxudan eyni saatlarda oyanırsa, bu bəzi pozulmalara işarə edə bilər.
Aztimes.az Rusiya KİV-lərinə istinadla bildirir ki, əsas səbəblər arasında qaraciyər, agciyər, öd kisəsi problemləridir.
23:00 – 1:00
Bu saatlarda öd kisəsi fəal şəkildə işləyir. Əgər siz yuxuya gedəndən sonra tez-tez məhz bu saatlarda oyanırsınızsa, bunun səbəbi səhv qidalanma, şam yeməyində ağır qidaların istehlakı, öd kisəsində problemlər ola bilər.
1:00 – 3:00
Bu saatlarda orqanizm toksinlərdən təmizlənir, qaraciyər çox fəal şəkildə işləyir. Əgər siz bu saatlarda oyanırsınızsa, bu o deməkdir ki, qaraciyəriniz yükləmələrə tab gətirmir. Həkimə müraciət edin.
3:00 – 5:00
Bu saatlarda ağciyər təmizlənir və orqanizm çoxlu oksigen qəbul edir. Əgər siz bu saatlarda oyanırsınız və sizdə təngənəfəslik, öskürək əmələ gəlirsə, mütləq pulmonoloqa müraciət edin.
Saglamolun.az