Diqqət! DİN məlumat YAYDI

Baxılıb:134
Diqqət! DİN məlumat YAYDI

DİN-in Mətbuat Xidmətindən AzTimes.az-a verilən məlumata görə,

Yanvarın 28-də və 29-da ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.


Abunəlik