DİQQƏT! DİN məlumat YAYDI

Baxılıb:194
DİQQƏT! DİN məlumat YAYDI

Göyçay rayon sakini Mehman Babayev sosial şəbəkələrdə Göyçay RPŞ-nin onun şikayətinə baxmaması haqqında fikirlər səsləndirməsi cəmiyyətdə ciddi fikir ayrılığına səbəb olub.

DİN – in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-a bildirilib ki,vətəndaş Mehman Babayevin şikayətinin araşdırılmaması ilə bağlı iddialar əsassızdır.
Belə ki, cari ilin aprel ayında Mehman Babayev, eləcə də digər iki nəfər şəxs Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək Məhəmməd Şıxməmmədov adlı şəxsin təqaüd düzəldəcəyi vədi ilə onları aldatdığını və pullarını mənimsədiyini bildiriblər.
Müraciətlər əsasında əməli törətməkdə şübhəli bilinən M. Şıxməmmədovun ifadəsi alınıb və fakta əsasən Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq – əməliyyat tədbirləri davam etdirilir.


Abunəlik