Dindarlar vətəndaşı və ailəsini ölümlə təhdid edir:”Sənin fətvan verilib!”

Baxılıb:675
Dindarlar vətəndaşı və ailəsini ölümlə təhdid edir:”Sənin fətvan verilib!”

Azərbaycanda mental dəyərlərin ,islamın basqısı zaman-zaman insanların problem yaşamasına səbəb olur. “Böyüyün sözü qanundur, yaşlıların sözündən çıxan insanlar xeyir tapmaz” və .s kimi fikirlər bir çox insanların şəxsi həyatını özləri arzuladıqları kimi yaşamalarına izn vermir.
Azərbaycanda gün-gündən daha da güclənən dini təriqətlər insanlar üzərində basqını daha da artırır. Baxmayaraq ki , ölkə Konstitusiyasında insanların inanc azadlığına xüsusilə yer ayrılıb, amma bəzi radikal dindarlar fərdi şəkildə ateistlər, deistlər və aqnostiklərə zaman -zaman hücumlar edir, onları ölümlə hədələyirlər. Cəmiyyət son illər belə hallarla daha qabarıq şəkildə üzləşir. Ötən ilin əvvəlində ( 07 yanvar 2019 -cu il) jurnalist Pərvin Abışovaya vermiş olduğu müsahibədən dolayı iki dəfə hücum oldu. Hücumlardan biri xanımın yaşadığı binanın təhlükəsizlik kameralarına düşdü. Amma polisin bütün səylərinə baxmayaraq səbəbkarlar tapılmadı. Bəlkə də heç tapılması üçün səy göstərilmədi. Eynifikirli insanlar istər sosial şəbəkələr üzərindən, istərsə də real həyatda hədələrə və təqiblərə məruz qaldı.
AzTimes.az bildirir ki, son illərin ən qalmaqallı hadisəsi Süleyman Quliyevə olunan hücum olub. Bu hücum Azərbaycanda konstitusiyanın 49-cu maddəsi ilə tənzimlənən “vicdan azadlığı”nın elə kağız üstündə Avropaya nümayiş etdirmək üçün qalır.
İslam dini və peyğəmbər haqqında şəxsi fikrini “Facebook” sosial şəbəkəsində yazdığı üçün 14 dekabr 2018-ci ildə yaşadığı Bakı şəhəri Nizami rayon Qara Qarayev prospekti ev 82A,mənzil 112 ünvanı yaxınlığında iki nəfər naməlum şəxs tərəfindən hücuma məruz qalıb , dişləri qırılıb.

Zorakılıq tətbiq edən şəxslərin əlindən şans əsəri qurtulmağı bacaran Süleyman Quliyev Nizami rayon 24- cü polis bölməsinə müraciət etsə də məsələ ilə bağlı vətəndaşa heç bir sənəd təqdim olunmamışdır .
Süleyman Quliyev ikinci hücuma 04.01.2019-cu ildə evinin yaxınlığında axşam saatlarında məruz qalıb. Evinə gələn hədə dolu zənglər və birinci hücumun nəticəsidir ki, o , tədbirli davranaraq canını qutarmağı bacarmışdır. Polisin 102 xidmətinə kömək ücün müraciət edən vətəndaş məsələ ilə əlaqədar 24-cü polis bölməsinə dəvət olunmuşdur.Buna baxmayaraq hadisə törədən şəxslər hələ də tapılaraq məsuliyyətə cəlb edilməyiblər. Əksinə, bundan sonra ona qarşı polis təqibi güclənib. Polis cinayətkarı axtarmaqdansa dindarların şikayəti əsasında , dini təhqir etdiyi iddiasıyla Süleyman Quliyevi israrla bölməyə câğırmıslar. Bu israrlar hüquq-mühafizə orqanlarının əzilən, hüququ tapdanan şəxsin yox, radikalların yanında olduğunu təsdiq edir. Çünki Azərbaycanda milli-mənəvi dəyərlər bəzən qanunu əzir.

AzTimes.az


Abunəlik