DİN:”Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”-FOTO
DİN-in Mətbuat Xidmətinə bilavasitə tabe olan, Gəncə regional qrupun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ ilə bağlı AzTimes.az saytına açıqlamasında bildirib:
“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə əssasız olaraq iddia edilir ki, rayon ərazisində fəaliyyət göstərən “”restoranında həmin gün hər hansı bir toy mərasimi keçirilməyib.
Bir daha qeyd edirəm ki, iyun ayının 22-də Şəmkir rayon Polis Şöbəsinə adıçəkilən restoranda karantin qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal hadisə yerinə gəliblər. Müəyyən edilib ki, rayonun Dəllər-Cırdaxan kənd sakini Alı Məmmədov oğlu Abbasəli Məmmədovun həmkəndlisi Aytən Məmmədova ilə toy mərasiminin təşkil etmiş və “Qala” restoranında qonaqlar dəvət olunaraq ziyafət vermişdir. Mərasim iştirakçıları ilə izahedici-profilaktiki söhbətlər aparılmış, onlara karantin şərtləri barədə məlumat verilib. Toyun təşkilatçısı və 7 nəfər barəsində isə protokol tərtib edilməsi üçün polis şöbəsinə gətirilib. Şöbədə onlarla bir daha marifləndirici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.”