DİN yeniyetmənin bir qrup şəxs tərəfindən döyülməsi xəbərinə münasibət bildirdi

Baxılıb:182
DİN yeniyetmənin bir qrup şəxs tərəfindən döyülməsi xəbərinə münasibət bildirdi

Abşeron rayonu” Qurtuluş 93″ ərazisində yeniyetmələr arasında kütləvi dava olub əraziyə polis cəlb olunub.

DİN-in mətbuat xidmətindən AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilir:Avqustun 7-də saat 20 radələrində Abşeron rayonu “Qurtuluş-93” yaşayış kompleksinin ərazisindən velosipedlə keçən C.Mərdanovun bir qrup şəxs tərəfindən döyülməsilə bağlı məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəxslər müəyyən olunub. C.Mərdanovun aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma aparılır.


Abunəlik