DİN qaçırılan qadınla bağlı məlumat YAYDI

Baxılıb:438
DİN qaçırılan qadınla bağlı məlumat YAYDI

Bu gün sosial şəbəkələrdə bir qadının bir qrup şəxs tərəfindən nəqliyyat vasitəsinə zor tətbiq edilərək mindirilməsini əks etdirən görüntülərin yayılması polisi hərəkətə keçirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTimes.az-a bildirib ki, görüntülər araşdırılıb. Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

DİN: “Xanıma qarşı zorakılıq edən şəxslər saxlanılıb.”


Abunəlik