DİN-nin İnsan Alveri ilə Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi

Baxılıb:225
DİN-nin İnsan Alveri ilə Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi

AzTimes.az xəbər verir ki, oktyabr ayının 21-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi. İlk öncə tədbir iştirakçıları Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdi.

Görüşdə baş idarənin rəisi,polis general-mayoru Həzi Aslanov torpaqlarımızın erməni terrorçularından təmizlənməsi uğrunda ordumuzun apardığı uğurlardan söz açıb, Azərbaycan Respublikasının prezidenti , Ali Baş Komandan İlham Əliyevin beynəlxalq arenada uğurlu siyasətindən danışıb. O, vurğuladı ki, tarix boyu Azərbaycan xalqının humanistliyi və qonaqpərvərliyindən istifadə edərək özlərinə heçdən dövlət yaradan ,köçəri tayfalar olan ermənilər və onların başında dayanan savadsız liderləri hər gün ordumuz və komandanımız tərəfindən layiqi yerlərinə otuzdurulur,hər gün yeni ərazilər azad olunaraq Azərbaycanın üç rəngli bayrağı sancılır.
Eyni zamanda görüşdə iştirak edən baş idarənin rəis müavini polis polkovniki Samir Zeynalov bu gün Azərbaycanda insan alveri ilə bağlı görülən işlər , əldə olan nəaliyyətlər haqqında məlumat verərək bildirib ki bu gün bu sahədə xeyli uğurlarımız var .

Müzakirələr zamanı QHT-larının insan alveri ilə mübarizədə dövlətə dəstəyindən söhbət aparıldı. Tədbirdə iştirak edən QHT sədrləri bu mövzuda müzakirələr aparıb, müxtəlif və səmərəli təkliflər səsləndirib.

Pərvin Abısova /AzTimes.az/


Abunəlik