DİN məktəblilərin zorlanması ilə bağlı müraciətə açıqlama verdi
Neftçalada iki məktəblinin bir neçə şəxs tərəfindən zorlanması ilə bağlı yayılan xəbərlərə DİN-dən açıqlama: “Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi özünə məxsus səhifədə məlumat paylaşaraq iddia edib ki, Neftçala rayonunda 2 azyaşlı qıza qarşı təcavüz olub. Bununla bağlı bildiririk ki, iddia əsassızdır və qərəzdən irəli gəlir. Qeyd edirik ki, rayonun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102 – Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib. Dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib, izahatı alınıb. Lakin o, qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü bildirib. Buna baxmayaraq, vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna göndərilib”.