DİN Hafiz Hacıyevə sui-qəsd açıqlamasına münasibət bildirdi
Milli Şuranın sədri, professor Cəmil Həsənli “Azad söz” yutub kanalında verdiyi müsahibə ölkədə yeni gündəm yaradıb.
AzTimes.az xəbər verir ki, 2013-cü ildə keçirilmiş prezident seçkilərində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Milli Şuranın sədri Cəmil Həsənli arasında insident baş vermişdi. Cəmil Həsənli açıqlama verərək, bildirib ki, həmin insidentdən sonra onunla Daxili İşlər Nazirliyinin əməkdaşı görüşüb. Cəmil Həsənlidən Hafiz Hacıyevin “başa salınması” üçün icazə istənilib. Lakin o razılıq verməyib. Cəmil Həsənlinin bu açıqlaması ciddi narahatlıq doğurub.
BAXAR.AZ-ın sorğusuna cavab verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev iddiaları cəfəngiyyat adlandıraraq, əlavə şərhə lüzum olmadığını bildirib.