DİN Hacıqabuldakı qəza ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Hacıqabulda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. AzTimes.az Teleqraf.com -a istinadən xəbər verir ki, oktyabrın 24-də saat 13 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “Toyota” markalı avtomobili yol ayırıcısına vurub və zərbədən nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildəki sərnişin, paytaxt sakini Kamran Qasımov hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.