DİN Göyçayda polis postlarının qurulması ilə bağlı xəbərə aydınlıq gətirdi
Son günlər Taleh Xasməmmədov adlı aktivistin Göyçayda COVİD-19 pandemiyası ilə əlaqədar polis postları qurulması ilə bağlı paylaşdığı status ictimaiyyətdə narahatlıq yaradıb.
DİN – in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, Göyçayın Qaraməryəm kəndində polis postlarının quraşdırılması və kəndin nəzarətə götürülməsi barədə səsləndirilən iddialar həqiqəti əks etdirmir.