DİN-dən virtual “papaqatdı” ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi (DİN) virtual “papaqatdı” ilə bağlı vətəndaşlara müraciət edib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov sosial şəbəkə hesabında yazıb.
“Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan “papaqatdı” virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın”, – o qeyd edib.