DİN-dən VİP-la bağlı AÇIQLAMA : “…siyasi motiv yoxdur”

Baxılıb:200
DİN-dən VİP-la bağlı AÇIQLAMA :    “…siyasi motiv yoxdur”

“Vətəndaş İnkişaf Partiyasının Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin daş məhəccərlərinin yararsız hala salınması ilə bağlı əməldə siyasi motiv yoxdur.” Bunu AzTimes.az-a Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polis mayoru Elşad Hacıyev bildirib.

Polis tərəfindən keçirilən tədbirlərlə müəyyən olunub ki, mayın 1-də gecə saatlarında rayon sakinləri – Elçin Məmmədov və Fərid Əhmədov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Baş verən münaqişədən sonra F.Əhmədov içkili vəziyyətdə partiya qərargahının qarşısındakı məhəccərləri dağıdaraq yararsız hala salıb.

Faktla əlaqədar Yasamal RPİ 27-ci PB-də təhqiqat araşdırması aparılır.

AzTimes.az


Abunəlik