DİN-dən saxlanılan restoran sahibi haqqında AÇIQLAMA

Baxılıb:427
DİN-dən saxlanılan restoran sahibi haqqında AÇIQLAMA

İş adamı Tural Zeynalovun polis tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbər haqda DİN-in Mətbuat Xidmətinə bilavasitə tabe olan, Gəncə regional qrupun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib:

“Sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə dərc olunan iddialar əsassızdır və böhtan xarakterlidir.Məlumat üçün qeyd edim ki, iyun ayının 21-də Şəmkir rayin Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən Qoşa Qala restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları adıçəkilən restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olmuş, daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə mane olmuş, onlara zor tətbiq edərək xuliqanlıq hərəkərləri etmişdir. RPŞ əməkdaşları qanunla müəyyən edilmiş qaydada T. Zeynalovu saxlayaraq RPŞ-yə gətirmiş, lakin sonuncu polis şöbəsində nalayiq söyüşlər söyərək və və zor tərbiq edərək xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları tərəfindən zərərsizləşdirilən Tural Zeynalov barəsində Cinayə Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edim ki, daha öncədə də T. Zeynalovun obyektində bundan əvvəl də 7 dəfə karantin rejiminin pozulması aşkar edilərək barəsində inzibati tədbir görülmüşdür. Bundan başqa o,polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq komendant rejimini və karantin qaydalarını pozduğuna görə, barəsində İnzibati Xətalar məcəlləsinin 510 (Xırda xuliqanlıq), 517 (Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması ), 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək protokol tərtib edilərək rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə T. Zeynalov 15 sutka inzibati həbs olunmuşdur.”

AzTimes.az


Abunəlik