DİN-dən açıqlama-“Göyçayda heç bir post qurulmayıb”

Baxılıb:172
DİN-dən açıqlama-“Göyçayda heç bir post qurulmayıb”

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov AzTimes.az-a açıqlamasında bildirib ki, Göyçay rayonu Çaxırlı kəndi ərazisində polis postları qurulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Sadəcə olaraq, polis əməkdaşları sutka ərzində rayon ərazisində ictimai asayişin qorunması məqsədilə xidmət aparır. Kənd ərazisində manyak peyda olması, guya sakinləri narahat etməsi barədə səsləndirilən iddialar isə öz təsdiqini tapmayıb.
Qeyd edək ki, bəzi xəbər saytlarında məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidməti adından istifadə edilərək guya “rəsmi “ məlumat kimi kənd ərazisində polis postları quraşdırıldığı qeyd edilib. Əslində isə həmin məlumatlar Mətbuat Xidməti ilə dəqiqləşdirilmədən yazılıb və bir daha diqqətə çatdırırıq ki, deyilən fikirlər həqiqəti əks etdirmir.


Abunəlik