Dibçəkdə çətənə kolu əkdi- Polis YAXALADI

Baxılıb:142
Dibçəkdə çətənə kolu əkdi- Polis YAXALADI

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az- a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini B.Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanaraq götürülüb.


 
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
 


Abunəlik