Diabet əleyhinə dərman qocalmanı ləngidir

Baxılıb:87
Diabet əleyhinə dərman qocalmanı ləngidir

İkinci tip diabetli insanlar üçün ən çox təyin olunan dərmanlardan biri olan metformin meymunlarda beyin və digər bədən toxumalarında qocalma prosesini yavaşlatmağa kömək edib.

Bu barədə “Cell” məlumat yayıb.

Üç ildən çox məşhur qlükoza azaldıcı dərmanı qəbul edən meymunları müşahidə edən çinli alimlər bu nəticəyə gəliblər.

Məlumata görə, metformindən 60 ildən çoxdur istifadə olunur. O, Ümumdünya Səhiyyə Təşkilatının əsas dərmanlar siyahısındadır.

Elm adamları uzun müddətdir ki, metforminin müsbət təsirlərinin yalnız diabetin müalicəsindən kənara çıxdığını müşahidə ediblər. Lakin, bu təsirin qan şəkərinin səviyyəsinin azalması və ya ayrı bir mexanizm vasitəsilə əldə edildiyi aydın deyil.


Abunəlik