Deputatın görə bilmədiyi abad Əbrəqunus- Görünən kəndə nə bələdçi?-FOTO
Son illər Naxçıvanın bütün kəndləri kompleks abadlaşaraq şəhər görkəminə qovuşub.
Millət vəkili Qüdrət Həsənquliyevin son günlər bir sıra saytlarda yayımlanan müsahibəsində Naxçıvan kəndlərinin guya inkişafdan geri qalması ilə bağlı da reallığı əks etdirməyən fikirlər səsləndirilib.
Qüdrət Həsənquliyev iddia edir ki, “ Naxçıvanda kəndlərə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən ki müharibədən çıxıb”. Real mənzərə isə tamam əksini göstərir. Naxçıvanda indi abad olmayan kənd qalmayıb.
AzTimes.az NAXCİVANXEBERLERİ.COM saytına istinadən Qüdrət Həsənquliyevin doğulduğu Əbrəqunus kəndinin, eləcə də Culfanın digər kəndlərinin əvvəlki və müasir vəziyyətini əks etdirən fotoşəkilləri təqdim edir:
AzTimes.az