Deputat “Ümid yeri” uşaq sığınacağında baş vermiş qətl haqda danışdı

Baxılıb:779
Deputat “Ümid yeri” uşaq sığınacağında baş vermiş qətl haqda danışdı

Mart ayının 14-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın həyat yoldaşı tərəfindən “Ümid yeri” adlı sığınacaqda qətlə yetirilməsi hadisəsi cəmiyyətdə ciddi narahatlığa və müxtəlif sualların yaranmasına səbəb olub. Beləki, hadisənin sığınacağda və ya iddia edildiyi kimi, sığınacağın qarşısında baş verməsi bu tipli sığınacaqların və oraya müraciət edən məişət zorakılığına məruz qalmış insanların təhlükəsizliyinin yetərincə təmin oluna bilməməsi barədə narahatlıq yaradıb. Qadın sığındığı, təhlükısiz bildiyi yerdə qətlə yetirilib.
Bu barədə AzTimes.az-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova açıqlamasında bildirib ki, belə bir hadisənin baş verməsi şübhəsiz ki, hər birimizi dərindən kədərləndirir və eyni zamanda bu sahədə mövcud vəziyyəti yenidən təhlil etməyə vadar edir. Çox təəssüf ki, Azərbaycanda sığınacaqla bağlı vəziyyət həm say azlığı, həm də göstərilən xidmətin səviyyəsi baxımından hələ də ürəkaçan səviyyədə deyil.
Bu günədək Azərbaycan Respublikasının qanunvericiliyinə və akreditasiya qaydalarına uyğun olaraq (2012-ci il) 13 QHT-nin sığınacağı qeydiyyatdan keçib. Lakin reallıqda bu 13 sığınacaq fəaliyyət göstərmir. Onlardan mütəmadi fəalliyyət göstərən 4-5 qeyri hökümət təşkilatıdır ki, onların da daha çoxu Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Ümumiyyətlə, bu QHT-lərin sığınacaqları ilə bağlı da suallar yaranır. Bu baxımdan sığınacaqların fəaliyyət göstərməsi ilə əlaqədar, beynəlxalq və milli standartlarla bağlı monitorinqlərin keçirilməsi çox vacib məsələlərdən biridir. Məsələn, bu sığınacaqlar beynəlxalq standartlara uyğun fəaliyyət göstərir, ya yox, yaxud da onların əməkdaşları sertifikatlaşmadan keçib, ya yox, bu sığınacaqların şəraitləri standartlara malikdir, ya yox, kimi məsələlər sual doğurur.
Bu təşkilatlarda təhlukəsizlik məsələləri ilə bağlı çox böyük problemlər var. Birinci məsələ ondan ibarətdir ki, milli qanunvericiliyə əsasən, bu sığınacaqlara müvafiq təhlükəsizlik dəstəyi göstərilməli və bu da Daxili İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilməlidir. Beynəlxalq və milli sistemə əsasən sığınacaqlar ünvanları məxfi olmalıdır və bu sığınacaqlar kamera sistemi ilə müşahidə edilməlidilər. Bütün bunlara oraya sığınan insanların təhlükəəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, bizim ölkəmizdə olan sığınacaqların ünvanları və yerləşdiyi yerlər konfidensional deyil və bunu hamı bilir. Hadisələr göstərir ki, sığınacaq kimi fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının təhlükəsizliyin təmin olunmasında ciddi nöqsanlar var.
T.Cəfərovanın fikrincə, baş verən hadisə qeyri-hökümət təşkilatlarının sığınacaq kimi fəaliyyət göstərməsinin məqsədəmüvafiq olmadığını deməyə əsas verir. Qeyri-hökümət təşkilatları nəzdində yaradılan bu sığınacaqlar yalnız müvəqqəti dəstək göstərmək məqsədilə və daha çox yardım mərkəzləri formatında fəaliyyət göstərməlidir. Bu sığınacaqların çox qısa müddətdə, müvəqqəti gözləmə məntəqəsi kimi fəaliyyət göstərmələri daha məqsədəyönlü olar. Daha sonra qurbanlar dövlət sığınacaqlarına keçirilməlidir. Çox təəssüf ki, 2010-cu ildə qanun qəbul edilsə də, Azərbaycanda dövlət sığınacaqlarının yaradılmasına zərurət olsa da, ölkəmizdə belə sığınacaqlar yoxdur. Yaranacaq belə dövlət sığınacaqları nümunəvi olmalıdır. Bu gün Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin nəzdində bir sığınacaq var ki, orada məişət zorakılığı qurbanları üçün çox məhdud sayda yer var. Ümumiyyətlə, dövlət sığınacaqlarının yaradılması və onların sayının artırılması və beynəlxalq standartl səviyyəsində fəalib və zəruridir.iyyətinin qurulması çox vac
Millət vəkili Tamam Cəfərova bildirib ki, məişət zorakılığının qarşısının alınması ilə bağlı məlumat bazasının olması xüsusilə vacibdir. Bu sahədə məlumat mübadiləsi dövlət qurumları arasında aparılır. Təəssüflər olsun ki, məişət zorakılığı ilə bağlı bütün sığınacaqlar bu məlumat bankına qoşulmayıbdır. Belə olan halda onlar məlumat mübadiləsində tam ətraflı şəkildə iştirak etmirlər. Burada da koordinasiya fəaliyyəti istiqamətində problemlər yaranır.
Şübhəsiz ki, ötən gün baş verən qətl hadisəsi bir daha onu sübut etdi ki, məişət zorakılığı ilə bağlı qanunun təkmilləşdirilməsinə və bu sahədə həyata keçirilən tədbirlərin daha da sistemli hal almasına ciddi ehtiyac var. Amma bu mübarizənin effektli olması üçün hər şeydən əvvəl bütün cəmiyyət üzvləri zorakılığa qarşı çıxmalıdır. Bütün cəmiyyət qadınlara qarşı zorakılığz “yox” deməlidir və sahədə maariflənmə hər zaman prioritet olmalıdır.


Abunəlik