Deputat Şamaxının iki qəsəbəsində səyyar görüş keçirdi

Baxılıb:270
Deputat Şamaxının iki qəsəbəsində səyyar görüş keçirdi

AzTimes.az xəbər verir ki,Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərovanın 21 aprel tarixində Şamaxı rayonunun Şəhriyar və Sabir qəsəbələrində növbəti dəfə səyyar vətəndaş qəbulu olub. Hər iki qəsəbədə bir nömrəli problem su- kanalizasiya sisteminin olmamasıdır. Vətəndaşları narahat edən digər problemlər qəsəbədaxili yollar, yeni salınan məhəllənin qazlaşdırılması, küçələrin işıqlandırılması və məşğulluq məsələləri ilə əlaqədar olmuşdur. Hər birinin arzu və istəkləri, qaldırmış olduqları problemlər, millət vəkili Tamam Cəfərova tərəfindən diqqətlə dinlənilib, qanunvericilik çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətov və Şamaxı rayonu Ağsaqqallar Şurasının sədr müavini Fatmaxanım Quliyeva da iştirak edib.


Abunəlik