Deputat Ramazan bayramını Göyçayda qeyd etdi-FOTO

Baxılıb:292
Deputat Ramazan bayramını Göyçayda qeyd etdi-FOTO

Mayın 13-də rayon icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri Ramazan bayramı münasibətilə Şəhidlərimizin məzalarını ziyarət etmiş və şəhidlərin adına inşa olunmuş bulaq komplekslərinin açılışında iştirak etmişdir.
Rayon rəhbərliyi Göyçay şəhərində və Çərəkə kəndində yerləşən Şəhidlər Xiyabanında olmuş, həmçinin Ərəbcəbirli kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizin məzarlarını ziyarət edərək, gül dəstələri düzmüşlər.
Sonra şəhərin Nizami küçəsində Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun və Bığır kəndində Şəhid Qüdrət Əzizovun adına inşa edilmiş bulaqların açılışında iştirak etmişdir.
Şəhidlərin valideynləri ilə söhbət zamanı şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılmışdır.
Görüşlər zamanı Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuş, onların ruhuna dualar edilmişdir.

Pərvin Abışova/AzTimes.az/


Abunəlik