Deputat “Qadın hüquqlarının müdafiəsi ” adlı layihədə iştirak etdi-FOTOLAR

Baxılıb:392
Deputat “Qadın hüquqlarının müdafiəsi ” adlı layihədə iştirak etdi-FOTOLAR

AzTimes.az xəbər verir ki, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 09 mart 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman idarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Qadın hüquqlarının müdafiəsi ” adlı layihə həyata keçirilib.
Layihədə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Milli Məclisin deputatı Səbinə Xasayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi rayon Gənclər və İdman idarəsinin rəisi Namiq Tarverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəsissəsinin direktoru Günel Həsənova iştirak ediblər.
Layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva qonaqları salamladıqdan sonra, layihə haqqında ilkin məlumat verib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova çıxışında bildirib ki, Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. O, həmçinin qeyd edib ki, şərqdə ilk dəfə qadına səsvermə hüququ verən ölkə Azərbaycan olub.


Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Ulu Öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncağ, iclas, qurultay nəzərindən kənarda qalmırdı. Müsqəilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusilə, qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var.
Hazırda cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar, müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Azərbaycanın birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın çox şaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artmışdır. Azərbaycanda “Qadın hüquqları” ilə bağlı bir çox qanun qəbul olunub. Bu qanunlar çərçivəsində qadınların təhsildə, işlədikləri müəssisədə, ailədə hüquqları qorunur.


Milli Məclisin deputatı Səbinə Xasayeva erkən nikah mövzusunda çıxış edib. O, qeyd edib ki, bu mövzuda bir çox işlər aparılır, amma hazırda rəsmi statistikadan bəlkə də daha çox erkən nikaha məruz qalan qızlarımız var.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova rayon çərçivəsində erkən nikahla bağlı bir çox maarifləndirmə işlərinin aparıldığını qeyd edib. O, bu mövzuda məktəblərlə birlikdə layihələr keçirildiyini də vurğulayıb.
Daha sonra qonaqlara iştirakçılar tərəfindən qızların təhsildən yayınması, ailə daxili münasibətlər, valideyn-övlad ünsiyyəti, ailə və uşaq psixoloqlarının fəaliyyəti, erkən nikah, ailədə qadın zorakılığı və s. mövzular ətarfında müzakirələr aparılıb.
Sonda xatirə şəkli çəkilib.


Abunəlik